ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində baş vermiş silahlı insident nəticəsində 8 nəfər dünyasını dəyişib.
APA xəbər verir ki, bu barədə "Los Angeles Times" nəşri məlumat yayıb.
Lakin hadisəni törədən şəxsin ölənlərin siyahısan daxil edilib-edilməməsi açıqlanmayıb.
Xatırladaq ki, şəhər meri Sem Likkardo insanlara atəş açan şəxsin polislər tərəfindən öldürüldüyünü bildirmişdi
***
20:18
ABŞ-ın Kaliforniya ştatında silahlı insident nəticəsində ölənlər var, dəqiq sayı hələlik müəyyənləşdirilməyib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Santa-Klara dairə polisinin “Twitter” hesabında bildirilib.
Qeyd edilib ki, silahdan atəş açan şəxs öldürülüb.
Hadisə səhər saatlarında San-Xose şəhərində “VTA” dəmir yolu şirkətinin nəzarət etdiyi xəttə baş verib.