Bank Of Baku

ABŞ-da sui-qəsd cəhdlərini araşdıran komissiya yarana bilər

ABŞ-da sui-qəsd cəhdlərini araşdıran komissiya yarana bilər
# 24 avqust 2024 05:54 (UTC +04:00)

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Arizona ştatında keçirilən mitinq zamanı seçkilərdə qalib gələcəyi təqdirdə sui-qəsd cəhdlərini araşdırmaq üçün komissiya yaradacağına söz verib.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

O, həmçinin bu halda sabiq prezident Con Kennedi sui-qəsdi ilə bağlı sənədlərin ictimaiyyətə açıqlanacağını bildirib. Həmin komissiya eyni zamanda Trampın özünə qarşı baş tutmuş sui-qəsd cəhdini də araşdıracaq.

“Bu, Bobbiyə (Robert Kennedy) hörmətdir. Bu axşam elan edirəm ki, seçiləndən sonra sui-qəsdləri araşdırmaq üçün yeni müstəqil Prezident Komissiyası yaradacağam”, - deyə Tramp deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR