ABŞ-ın Corciya ştatındakı hava limanı ərazisində birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə yerli “FOX 5” telekanalı De-Kalb dairəsinin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
“Cümə günü günortadan sonra De-Kalb-Piçtri hava limanında baş verən qəzadan sonra yanan təyyarənin göyərtəsində 4 nəfər olub. Onların hamısı ölüb”, - deyə yanğınsöndürmə xidmətindən bildirilib.
Telekanalın məlumatına görə, qəzadan sonra hava limanı bağlanıb. Təyyarədə olan sərnişinlərin kimliyi hazırda açıqlanmır.
ABŞ Federal Mülki Aviasiya İdarəsi və Milli Nəqliyyatda Təhlükəsizlik Şurası hadisəni araşdırır.