Bank Of Baku

ABŞ-da tornado nəticəsində həlak olanların sayı 80-ə çatıb - YENİLƏNİB

ABŞ-da tornado nəticəsində həlak olanların sayı 80-ə çatıb  - YENİLƏNİB
# 12 dekabr 2021 07:06 (UTC +04:00)

ABŞ-da ötən gün bas vermiş tornado nəticəsində həlak olanların sayı 80-ə çatıb.

APA-nın xəbərinə görə, ölüm halları 5 ştatda qeydə alınıb. Ən ciddi dağıntı və tələfat Kentukki ştatında müşahidə olunub.

ABŞ Prezidenti Co Bayden bu hadisəni ölkə tarixindəki ən dəhşətli tornadolardan biri kimi xarakterizə edib. Kentukki ştatının qubernatoru əhalini qan verməyə çağırıb. Xəsarət alanların dəqiq statistikası məlum deyil.

***

21.03

ABŞ-ın Kentukki ştatında təbii fəlakət insan tələfatına səbəb olub.

APA-nın xəbərinə görə, tornado nəticəsində azı 70 nəfər həlak olub.

Ştatın qubernatorunun sözlərinə görə, ölənlərin sayının artacağı istisna edilmir. Bir neçə yaşayış məntəqəsində ciddi dağıntılar qeydə alınıb. Təbii fəlakət regionunda fövqəladə vəziyyət elan edilib. Tornadonun fəsadlarının aradan qaldırılmasına ordu da cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR