ABŞ-ın İllinoys ştatının Edvardsvill şəhərindəki "Amazon" şirkətinin anbarının qasırğa səbəbindən qismən dağılmasından sonra onlarla insan dağıntı altında qalıb.
APA xəbər verir ki, bu barədə hakimiyyət orqanlarına istinadən "Fox News" kanalının yerli bölməsi məlumat yayıb.
Bildirilir ki, binada 50-100 nəfər yerləşə bilər. Hadisə yerində xilasedicilər işləyir. Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.
Xatırladaq ki, cümə günü ABŞ meteoroloqları Arkanzas, Kentukki və İllinoys ştatlarının bir neçə əyalətində tornado ehtimalı barədə xəbərdarlıq edib.