Bank Of Baku

ABŞ-da universitetdə atışmada ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB

Polis

© APA | Polis

# 14 fevral 2023 10:06 (UTC +04:00)

ABŞ-ın Miçiqan Dövlət Universitetində silahlı hücum zamanı ölənlərin sayı 3-ə çatıb.

APA “Detroit News”a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat verib.

Hadisə zamanı 5 nəfərin də xəsarət aldığı bildirilir.

***

09:56

ABŞ-ın Miçiqan Dövlət Universitetində atışma baş verib və nəticədə bir nəfər ölüb.

APA “Detroit News”a istinadən xəbər verir ki, bu barədə universitet rəsmisi bildirib.

Yerli polisin verdiyi məlumata görə, hadisə zamanı həmçinin xəsarət alanlar da var ki, onlar da xəstəxanaya çatdırılır.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs universitet ərazisinin yaxınlığında ölmüş vəziyyətdə tapılıb. İlkin ehtimallara görə onun intihar etdiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR