ABŞ daha 21 vətəndaşını Əfqanıstandan çıxarıb

ABŞ daha 21 vətəndaşını Əfqanıstandan çıxarıb
# 11 sentyabr 2021 03:53 (UTC +04:00)

Amerika hökuməti başqa ölkələrin də köməyi ilə ABŞ vətəndaşlarından və ABŞ-da yaşamaq icazəsi olan şəxslərdən ibarət daha bir qrup insanı Əfqanıstandan təxliyə edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horn məlumat verib.

Onun açıqlamasına görə, həmin ABŞ vətəndaşlarından 19-u Qətər Hava Yollarına aid çarter reysi ilə Əfqanıstanı tərk edib, daha ikisi quru nəqliyyatı ilə qonşu dövlətlərdən birinə köçüb. Horn, həmçinin ABŞ-da yaşamaq icazəsi alan 11 nəfərin də iki amerikalı ilə birlikdə Əfqanıstanı tərk etdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR