ABŞ-də atışma olub, üç polis ölüb

ABŞ-də atışma olub, üç polis ölüb
# 30 aprel 2024 03:45 (UTC +04:00)

ABŞ-nin Şimali Karolina ştatında taışma olub.

APA xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Şarlotta şəhərində baş verən atışma nəticəsində üç hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, beşi yaralanıb.

Onlardan birinin vəziyyəti ağırdır.

"CBS News" xəbər verir ki, atışmada şübhəli bilinənlərdən biri ölü tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR