ABŞ-də atışma zamanı 4 nəfər ölüb

ABŞ-də atışma zamanı 4 nəfər ölüb
# 23 iyun 2024 06:28 (UTC +04:00)

ABŞ-ın Arkanzas ştatının Fordays şəhərində atışma nəticəsində 4 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən “Associated Press” məlumat yayıb.

“Atışma zamanı həlak olanların hamısı mülki şəxslərdir”, - məlumatda deyilir.

Həmçinin 14 nəfər yaralanıb. Onların arasında 11 mülki şəxs, iki polis əməkdaşı və bir şübhəli var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR