ABŞ-də iki həftə ərzində 1,6 mindən çox Fələstin tərəfdarı saxlanılıb

ABŞ-də iki həftə ərzində 1,6 mindən çox Fələstin tərəfdarı saxlanılıb
# 01 may 2024 20:44 (UTC +04:00)

ABŞ-dэ iki həftə ərzində universitetlərdə keçirilən Fələstinə dəstək aksiyaları zamanı 1,6 mindən çox şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə “The Washington Post” güc strukturlarına istinadən məlumat yayıb.

“Xəbərlərə, polis və universitetin açıqlamalarına görə, son iki həftə ərzində şəhərciklərdə keçirilən etirazlarda Fələstin tərəfdarı olan 1600-dən çox insan həbs edilib”, - məlumatda deyilir.

Hilsboro dairəsinin Şerif Ofisinin məlumatına görə, mayın 1-də Cənubi Florida Universitetində 10 etirazçı həbs edilib. Polis Fələstin tərəfdarı olan kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR