ABŞ-də “Kaspersky" məhsullarının istifadəsi qadağan oluna bilər

ABŞ-də “Kaspersky" məhsullarının istifadəsi qadağan oluna bilər
# 10 aprel 2024 07:52 (UTC +04:00)

ABŞ Prezidenti Co Baydenin administrasiyası ölkə şirkətlərinə və vətəndaşlara “Kaspersky Lab” şirkətinin yaratdığı proqram təminatından istifadəni qadağan etməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, sözügedən qərar yekunlaşmaq üzrədir və bu ay qəbul edilə bilər.

Bununla da “Kaspersky Lab” şirkətinə ABŞ-də müəyyən məhsul və xidmətlərin göstərilməsi qadağan olunacaq.

Məqsədlərdən biri kimi ABŞ-nin kritik infrastrukturu üçün hər hansı riski azaltmaq göstərilir.

Qeyd edək ki, hazırda “Kaspersky Lab” proqram məhsullarından dünyada 400 milyondan çox insan və 240 min şirkət istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR