Bank Of Baku

ABŞ-də "TikTok"u qadağan edən qanun layihəsi qəbul edilib

ABŞ-də "TikTok"u qadağan edən qanun layihəsi qəbul edilib
# 13 mart 2024 19:51 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasında dünyaca məşhur sosial media platforması “TikTok”un gələcəyi ilə bağlı səsvermə keçirilib.

APA xarici KİV-lərə istinadən xəbər verir ki, səsvermədə 65 əleyhinə 352 səslə Çinin ByteDance şirkətinə məxsus “TikTok”un ABŞ-da qadağan edilməsinin lehinə səs verib.

Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi “ByteDance”dan “TikTok”un ABŞ-dakı səhmlərini 6 ay ərzində satmağı tələb edir və əgər şirkət satmasa, platforma ABŞ-da qadağan olunacaq.

ABŞ-də 170 milyon istifadəçisi olan “TikTok” üçün qanun layihəsi Senatda səsvermədən sonra təsdiq üçün ABŞ Prezidenti Co Baydenə təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR