ABŞ-də tornado altı nəfərin ölümünə səbəb olub - YENİLƏNİB

ABŞ-də tornado altı nəfərin ölümünə səbəb olub - YENİLƏNİB
# 10 dekabr 2023 07:29 (UTC +04:00)

ABŞ-nin Tennessi ştatında tornado altı nəfərin həyatına son qoyub.

APA xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Təbiət hadisəsi 23 nəfərin xəsarət almasına səbəb olub.

Bildirilib ki, 74 min insan işıqsız qalıb.

***

Saat 05:58

ABŞ-nin Tennessi ştatında tornado nəticəsində bir neçə nəfər ölüb.

APA xəbər verir ki, bu barədə NBC xilasetmə xidmətlərinin nümayəndəsinə istinadən məlumat yayıb.

Tornadonun binaların uçmasına səbəb olduğu qeyd edilir. Dağıntılar altında bir neçə nəfər qalıb.

Ölənlərin sayı dəqiqləşdirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR