Bank Of Baku

ABŞ demokratları Trampın yüksəkvəzifəli köməkçisi ilə bağlı araşdırmaya başlamağı planlaşdırırlar

ABŞ Prezidenti Donald Tramp və onun köməkçisi Stiven Miller

© APA | ABŞ Prezidenti Donald Tramp və onun köməkçisi Stiven Miller

# 10 noyabr 2026 03:19 (UTC +04:00)

ABŞ Demokratlar Partiyasının nümayəndələri Prezident Donald Trampın sərt miqrasiya siyasətinin həyata keçirilməsində roluna görə Ağ Evin yüksəkvəzifəli rəsmisi Stiven Millerin fəaliyyətinin araşdırılmasını planlaşdırırlar.

Bu barədə demokrat konqresmen Robert Qarsiya CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Miller Tramp administrasiyasının mühüm siyasi qərarlarının hazırlanması və həyata keçirilməsində əsas fiqurlardan biridir.

“Stiven Miller administrasiyanın qəbul etdiyi ən mühüm siyasi qərarların mərkəzində dayanır. Buna görə də onun fəaliyyəti nəzarət və araşdırma predmeti olmalıdır”, – Qarsiya vurğulayıb.

Konqresmen bildirib ki, demokratlar miqrasiya siyasəti çərçivəsində qəbul edilən qərarların, o cümlədən saxlanılma və deportasiya tədbirlərinin qanuniliyinin araşdırılmasını istəyirlər.

Qeyd edək ki, demokratlar aralıq seçkilərində əldə etdikləri nəticələrdən sonra Tramp administrasiyasının bir sıra yüksəkvəzifəli nümayəndələrinin fəaliyyətinə dair Konqres araşdırmaları aparmağı planlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR