ABŞ Dövlət Departamenti Avstraliyaya 6,35 milyard dollarlıq "C-130J-30" hərbi-nəqliyyat təyyarələri və müxtəlif avadanlıqların mümkün satışını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Agentliyindən bildirilib.
"Bu ölkənin hakimiyyət orqanları daha əvvəl ABŞ-dan 24 belə təyyarə, eləcə də ehtiyat hissələri və digər sistemləri satmağı xahiş etmişdi.
Sözügedən satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq. Avstraliya Qərbi Sakit Okeandakı ən mühüm müttəfiqlərimizdən biridir", - deyə açıqlamada bildirilir.
ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə rəsmi məlumat verib. İndi qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək üçün 30 günü var.