ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Praysın bu gün koronavirus testinin cavabı müsbət olub.
APA xəbər verir ki, Prays bu barədə “Twitter” hesabında yazıb.
O, özünü pis hiss etdiyini qeyd edib və xəstəliyin şiddətindən qorunmaq üçün peyvənd olunduğunu bildirib.
Prays yaxın on gün ərzində karantində olacağını da vurğulayıb.