Bank Of Baku

ABŞ dövlət katibi Rusiyanın Sovet İttifaqını yenidən qurmaq istədiyini bildirib - VİDEO

Entoni Blinken

© APA | Entoni Blinken

# 09 yanvar 2022 21:06 (UTC +04:00)

“Rusiya geosiyasi baxımdan Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir”.

APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, belədir, bu, Rusiya Prezidenti Vladimir Putinin məqsədlərindən biridir. Bu isə əvvəllər Sovet İttifaqının tərkibində olmuş ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir”, deyə Blinken vurğulayıb.

ABŞ dövlət katibi əlavə edib ki, Rusiyanın bu addımı qəbuledilməzdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR