Bank Of Baku

ABŞ Dövlət katibi: “Ukraynanın qalib gələcəyinə tam inanıram”

Entoni Blinken

© APA | Entoni Blinken

# 07 mart 2022 16:10 (UTC +04:00)

Rusiya Ukraynada müharibə istəyə bilər, lakin bu, onun qalib gəlməsi demək deyil. Müharibə bir həftə, bir ay və ya daha çox davam etsə belə, mən Ukraynanın qalib gələcəyinə tam inanıram.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Litvaya səfəri zamanı deyib.

O qeyd edib ki, NATO şərq cinahını gücləndirməyə davam edəcək.

“ABŞ Avropadakı mövcud hərbi birləşmələrinə 7 min nəfər daha əlavə edib. Yaxın günlərdə isə əlavə 400 nəfər Litvaya göndəriləcək”, - ABŞ Dövlət katibi vurğulayıb.

Blinkenin sözlərinə görə, alyans Baltikyanı ölkələrə əlavə olaraq “F-35” döyüş təyyarələrini də təqdim edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR