ABŞ Energetika Nazirliyi “Brent” markalı neftin 2026-cı il üzrə orta qiyməti ilə bağlı proqnozunu kəskin şəkildə artırıb.
APA xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiyası Administrasiyasının (EIA) hesabatında bildirilib.
Yeni proqnoza əsasən, 2026-cı ildə “Brent” markalı neftin bir barelinin orta qiyməti 91,01 dollar təşkil edəcək. Əvvəlki proqnozda bu göstərici 86,81 dollar səviyyəsində nəzərdə tutulurdu.
Beləliklə, EIA 2026-cı il üzrə qiymət proqnozunu 4,84 faiz artırıb.
ABŞ Energetika Nazirliyi 2027-ci ildə isə “Brent” markalı neftin orta qiymətinin 73,74 dollaradək enəcəyini gözləyir.
Proqnoza görə, qiymətlərin azalmasına dünya üzrə neft hasilatının artması və ehtiyatların bərpa olunması təsir göstərəcək.