Bank Of Baku

ABŞ ucuz PUA və ballistik raket əleyhinə sistemləri sınaqdan keçirəcək

ABŞ ucuz PUA və ballistik raket əleyhinə sistemləri sınaqdan keçirəcək
# 10 sentyabr 2026 00:57 (UTC +04:00)

ABŞ Quru Qoşunları noyabr ayında aşağı qiymətli PUA və ballistik raket əleyhinə sistemlər arasında müsabiqə xarakterli sınaq atışları keçirməyi planlaşdırır.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, sınaqlar Nyu-Meksiko ştatındakı “White Sands” poliqonunda keçiriləcək. Nəticələr əsasında ilin sonunadək müvafiq sistemlərin istehsalçıları ilə müqavilələrin bağlanması nəzərdə tutulur.

ABŞ Quru Qoşunlarının general-leytenantı Frenk Lozano bildirib ki, analoji müsabiqələrin 2027-ci ilin üçüncü və 2028-ci ilin dördüncü rübündə də keçirilməsi gözlənilir.

“Bloomberg” qeyd edir ki, təşəbbüs Pentaqonun getdikcə daha mürəkkəb və bahalı silah sistemlərinin yaradılmasına üstünlük verən ənənəvi yanaşmasını dəyişərək, daha ucuz və kütləvi istehsal oluna bilən sistemlərin hazırlanmasına yönəlmək məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR