Bank Of Baku

ABŞ Prezidenti İranla müharibənin noyabr seçkilərindən sonra başa çatacağını düşünür

ABŞ Prezidenti İranla müharibənin noyabr seçkilərindən sonra başa çatacağını düşünür
# 09 sentyabr 2026 23:21 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin noyabrda keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacağını bildirib.

APA xəbər verir ki, Tramp bunu Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında deyib.

“Məncə, müharibə seçkilərdən dərhal sonra başa çatacaq, çünki onlar daha davam gətirə bilməyəcəklər”, – ABŞ Prezidenti bildirib.

Tramp İranın ABŞ-dəki aralıq seçkilərin nəticələrinə təsir göstərməyə çalışa biləcəyini də iddia edib.

“Onlar seçkilərə təsir göstərmək üçün ümidsiz şəkildə çalışacaqlar ki, hakimiyyətə onları rahat buraxacaq və nüvə silahı əldə etmələrinə imkan verəcək zəif insanlar gəlsin”, – Tramp qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR