Bank Of Baku

ABŞ Hərbi Dəniz Qüvvələrinin helikopteri Kaliforniyada suya düşüb, beş nəfər itkin sayılır

ABŞ Hərbi Dəniz Qüvvələrinin helikopteri Kaliforniyada suya düşüb, beş nəfər itkin sayılır
# 01 sentyabr 2021 10:43 (UTC +04:00)

ABŞ Hərbi Dəniz Qüvvələrinin helikopteri Kaliforniya ştatının San Dieqo sahillərində suya düşüb.

APA-nın məlumatına görə, ABŞ-ın Sakit Okean Donanmasının “Twitter” səhifəsindən verilən açıqlamada axtarış-xilasetmə işlərinin aparıldığı bildirilir.

Açıqlamada qeyd olunur ki, “MH-60S” helikopteri “Abraham Lincoln” aviadaşıyıcısının göyərtəsindən havaya qalxıb, sahildən 110 km uzaqlıqda suya düşüb.

Sahil mühafizəsinin məlumatına görə, bir nəfəri xilas etmək mümkün olub, beş nəfər itkin düşüb.

Havadan və sudan axtarış-xilasetmə işləri davam etdirilir.

“MH-60S” “SH-60 Seahawk” helikopterinin ABŞ HDQ üçün modifikasiya olunmuş variantıdır.

Amerika hərbçi dənizçilərinin silahlanmasında 500-dən bu tip bu helikopter var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR