Bank Of Baku

ABŞ-ın Belarusdakı səfirliyi fəaliyyətini dayandırıb

ABŞ-ın Belarusdakı səfirliyi fəaliyyətini dayandırıb

© APA | ABŞ-ın Belarusdakı səfirliyi fəaliyyətini dayandırıb

# 28 fevral 2022 17:04 (UTC +04:00)


ABŞ-ın Belarusdakı səfirliyi fəaliyyətini dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Belarus üzrə xüsusi elçisi Culia Fişer "Twitter"də bildirib.

O qeyd edib ki, səfirliyin bütün personalı Belarusu tərk edib: “Belarusun Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakı rejimin suveren qərar qəbul etmə qabiliyyətini itirdiyini göstərdi: “Belarus hakimiyyəti ABŞ səfirliyinin Belarus xalqı ilə işləmək və Amerikanın maraqlarını müdafiə etmək imkanlarını məhdudlaşdırmaq üçün bir sıra düşmənçilik tədbirləri həyata keçirib”.

USAİD-in Belarusdakı ofisi və Minskdəki ABŞ mədəniyyət mərkəzinin bağlanması xatırladılıb: “Belarus xalqına sadiqliyimiz davam edir. Biz demokratiya, qanunun aliliyi və hesabatlılığı təşviq edənlərə dəstəyimizi Vaşinqton, Nyu-York, Vyana, Vilnüs, Varşava və digər diplomatik postlardan davam etdirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR