Bank Of Baku

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin tərkibi açıqlanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin tərkibi açıqlanıb
# 24 fevral 2023 15:08 (UTC +04:00)

ABŞ Ukraynada müharibənin birinci ildönümü münasibəti ilə Kiyevə yeni hərbi yardım paketi elan edib.

APA xəbər verir ki, məlumat Pentaqonun saytında yerləşdirilib.

Bildirilib ki, 2 milyard ABŞ dolları dəyərindəki yardım paketi “Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü” çərçivəsində təmin ediləcək.

Qeyd olunub ki, yeni hərbi yardım paketinə “HIMARS” sursatları, 155 millimetrlik artilleriya mərmiləri, lazerlə idarə olunan raket sistemləri üçün döyüş sursatları, “CyberLux K8” dronları, “Switchblade 600” kamikadze dronları, “Altius 600” dronları, “Jump 20” dronları, dron əleyhinə və radioelektron mübarizə vasitələri, minatəmizləmə avadanlıqları, təhlükəsiz kommunikasiya vasitələri, eləcə də bu avadanlıqların saxlanılması və istifadəsinə dair təlimlər daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR