Bank Of Baku

ABŞ-ın xüsusi nümayəndəsi Əfqanıstanı müzakirə etmək üçün Dohaya yola düşüb

ABŞ-ın xüsusi nümayəndəsi Əfqanıstanı müzakirə etmək üçün Dohaya yola düşüb
# 10 avqust 2021 08:24 (UTC +04:00)

ABŞ-ın Əfqanıstanda atəşkəs üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bu ölkədəki vəziyyəti müzakirə etmək və “Taliban”ı hücuma son qoymağa çağırmaq üçün Dohaya səfər edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yer alıb.

“Xüsusi nümayəndə Xəlilzad Əfqanıstanda sürətlə pisləşən vəziyyətə birgə beynəlxalq reaksiya hazırlamaq üçün Dohada olacaq. Üç gün ərzində planlaşdırılan bir sıra görüşlərdə bölgə və digər dövlətlərin, eləcə də çoxmillətli təşkilatların nümayəndələri zorakılıq səviyyəsinin və atəşkəsin pozulması hallarının azaldılmasına israr edəcəklər”, - deyə Dövlət Departamentinin məlumatında deyilir.

Z.Xəlilzad, həmçinin “Taliban” hərəkatından hücumları dayandırmasını tələb edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR