ABŞ Prezidenti Co Bayden şəxsi heyətlə birlikdə “THAAD” sisteminin batareyasını İsrailə göndərilməsini əmr edib.
APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Ağ Ev bu qərarı İranın 13 aprel və 1 oktyabrda İsrailə qarşı misli görünməmiş hücumlarından sonra verib.
“THAAD batareyası İsrailin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemini gücləndirəcək”, - qurum bildirib.