ABŞ İsrailə silah tədarükünə qoyulan məhdudiyyətləri tezliklə aradan qaldıracaq

ABŞ İsrailə silah tədarükünə qoyulan məhdudiyyətləri tezliklə aradan qaldıracaq
# 18 iyun 2024 03:57 (UTC +04:00)

ABŞ yaxın vaxtlarda İsrailə silah tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırmaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə “Bild” nəşri İsrail hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkendən İsrailə silah tədarükünü bərpa etməyi xahiş edib.

Bundan əlavə, Netanyahu onların həcminin artırılmasının vacibliyini bəyan edib.

“Blinken artıq açıq şəkildə bildirib ki, ABŞ yaxın günlərdə məhdudiyyətləri aradan qaldıracaq və İsrailə yeni silah sistemləri tədarük edəcək”, - “Bild” vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR