ABŞ Konqresi İranın 6 milyard dollarının yenidən dondurulmasını təsdiqləyib

ABŞ Konqresi İranın 6 milyard dollarının yenidən dondurulmasını təsdiqləyib
# 01 dekabr 2023 08:30 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası İrana məxsus daha əvvəl üzərindən bloklanma götürülmüş 6 milyard dolların yenidən dondurulmasına səs verib.

APA bu barədə səsvermənin nəticələrinə istinadən xəbər verir.

Bu tədbir yeni “İran terrorizminin maliyyələşdirilməsini qadağan edən qanun”un qəbulu çərçivəsində təsdiqlənib. Nümayəndələr Palatasının 307 üzvü tədbirin lehinə, 119-u isə əleyhinə səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR