Bank Of Baku

ABŞ Konqresi Türkiyə ilə F-16 qırıcıları ilə bağlı müqaviləni təsdiqləyib

ABŞ Konqresi Türkiyə ilə F-16 qırıcıları ilə bağlı müqaviləni təsdiqləyib
# 11 fevral 2024 11:55 (UTC +04:00)

ABŞ Konqresi Türkiyə ilə 40 yeni F-16 qırıcısının satışı və mövcud F-16 qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləməyə qərar verib.

APA xəbər verir ki, bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün X (keçmiş Twitter) səhifəsində məlumat yayıb.

“Bu həftə Konqresin Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasına razılıq verməsi irəliyə doğru böyük addımdır. Türkiyənin F-16 donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir” - səfirlik bu barədə diplomatik missiyanın rəhbəri Cefri Fleykin bəyanatına istinadən xəbər verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR