ABŞ Konqresində Gürcüstan və Moldovadakı seçkilərlə bağlı dinləmələr keçiriləcək

ABŞ Konqresində Gürcüstan və Moldovadakı seçkilərlə bağlı dinləmələr keçiriləcək
# 17 iyul 2024 12:13 (UTC +04:00)

İyulun 23-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Gürcüstan və Moldovada keçiriləcək seçkilərlə bağlı dinləmələr keçirəcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi məlumat yayıb.
Bildirilib ki, Avropa üzrə altkomitənin çağırdığı dinləmədə Gürcüstan və Moldovada 2024-cü il seçkiləri öncəsi ABŞ bu ölkələrlə bağlı siyasəti müzakirə ediləcək.
Dinləmələrdə çıxış edənlər arasında ABŞ dövlət katibinin köməkçisinin müavinləri Coşua Hak və Kristofer Smit, USAİD-in Avropa və Avrasiya Bürosunun Administrator köməkçisinin müavini Aleksandr Sokolovski olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR