Bank Of Baku

ABŞ KXDR-ə qarşı sanksiya siyahısını genişləndirib

ABŞ KXDR-ə qarşı sanksiya siyahısını genişləndirib
# 01 mart 2023 20:35 (UTC +04:00)

ABŞ Maliyyə Nazirliyi Şimali Koreyanın nüvə və raket proqramları ilə əlaqəsi olan 2 fiziki və 3 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə Nazirliyin yazılı açıqlamasında bildirilir.

Sənəddə iddia edilir ki, qara siyahıya salınmış bu şəxslər KXDR hökumətini dəstəkləmək üçün qeyri-qanuni gəlir əldə ediblər. Terrorla mübarizə və maliyyə kəşfiyyatına nəzarət edən ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson deyib ki, Şimali Koreyanın qeyri-qanuni kütləvi qırğın silahları və ballistik raket proqramları beynəlxalq təhlükəsizliyi və regional sabitliyi təhdid edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR