Bank Of Baku

ABŞ-li senator: İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşa bilər

ABŞ-nin “Respublikaçılar” partiyasından olan senator Lindsi Qrem

© APA | ABŞ-nin “Respublikaçılar” partiyasından olan senator Lindsi Qrem

# 24 oktyabr 2024 09:58 (UTC +04:00)

“İlin sonunadək İsrail və Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin normallaşması haqqında razılaşma əldə oluna bilər”.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu ABŞ-nin “Respublikaçılar” partiyasından olan senator Lindsi Qrem deyib.

O sözügedən məsələni İsrailin Baş naziri Benyamin Netanyahu ilə müzakirə etdiyini də bildirib:

“Düşünürəm ki, bu məsələ Co Baydenin də diqqətindədir, lakin vitse-prezident Kamala Harris iki dövlətin əlaqələrinin normal məcraya yönəlməsini istəmir”.

Kamala Harrisin seçki kampaniyasının milli təhlükəsizlik üzrə müşaviri Morqan Finkelşteyn isə bu iddiaları təkzib edib. O bildirib ki, K.Harris bu istiqamətdə tarixi razılaşmanın istiqamətindəki bütün səyləri dəstəkləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR