ABŞ rəhbərliyi son həftələrdə qeyri-qanuni yollarla qonşu Meksikadan ölkəyə gələn on minlərlə Haiti qaçqınlarının qaldığı düşərgəni məhv edib.
APA “RİA Novosti”Yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkas bildirib.
Texas ştatının Del Rio şəhərinin kənarındakı körpünün altında toplanan qanunsuz miqrantların bir qismi artıq deportasiya edilib, qalanları ABŞ-ın digər bölgələrindəki sərhəd və miqrasiya xidmətinin ofislərinə aparılıb.
“Sentyabrın 9-dan bəri Del Riodan təxminən 30 min miqrant ölkəyə keçib. Onların birdəfəyə keçid sayı bir anda 15 minə çatıb. Beynəlxalq körpünün altındakı düşərgədə hazırda bir miqrant belə qalmayıb”, - deyə Mayorkas Ağ Evdə brifinq açıqlayıb.
O əlavə edib ki, ABŞ rəsmiləri artıq 17-dək deportasiya reysi təşkil edib və bu uçuşlar nəticəsində 2000-ə yaxın qaçqın Haitiyə qaytarılıb.