Bank Of Baku

ABŞ nüvə silahlarına 19,8 milyard dollar ayıra bilər

ABŞ nüvə silahlarına 19,8 milyard dollar ayıra bilər
# 11 mart 2024 22:38 (UTC +04:00)

ABŞ nüvə silahlarının müasirləşdirilməsinin davam etdirilməsi üçün 19,8 milyard dollar büdcə vəsaiti ayırmağı təklif edir.

APA xəbər verir ki, bu barədə ABŞ administrasiyasının 2025-ci maliyyə ili üçün büdcə layihəsində bildirilib.

“Büdcə 2022-ci il Milli Müdafiə Strategiyasının prioritetləri nəzərə alınmaqla, silahlarla bağlı fəaliyyətlər üçün 19,8 milyard dollar nəzərdə tutur. Bu da 2021-ci illə müqayisədə 4,5 milyard dollar çoxdur”, - məlumatda deyilir.

Qeyd edilib ki, büdcə müəllifləri nüvə qüvvələrinin müasirləşdirilməsi proqramlarına, o cümlədən əmrlərin verilməsi, nəzarət və rabitə üçün informasiya şəbəkələrinə diqqət yetirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR