ABŞ ordusu Yəməndə 15 hədəfə zərbə endirib

ABŞ ordusu Yəməndə 15 hədəfə zərbə endirib
# 05 oktyabr 2024 01:41 (UTC +04:00)

ABŞ ordusu Yəməndə “Ənsar Allah” hərəkatının husi üsyançıları ilə əlaqəli olan 15 hədəfə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"CENTCOM qüvvələri bu gün Səna vaxtı ilə saat 17:00 radələrində Yəməndə husilərin nəzarətində olan ərazidə husilərə bağlı olan 15 hədəfə zərbə endirib. Hədəflər hücum silahlarından ibarət olub", - deyə CENTCOM-un “X” hesabındakı bəyanatında deyilir.

Bundan əvvəl üsyançılara məxsus “Al Masirah” telekanalı Yəməndə paytaxt Sənanın, həmçinin Damar, Hodeyda və Əl-Beydə şəhərlərinin hücuma məruz qaldığını açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR