ABŞ polisi plastik çəngələ görə vətəndaşı güllələyib - VİDEO

ABŞ polisi plastik çəngələ görə vətəndaşı güllələyib - VİDEO
# 22 fevral 2024 07:28 (UTC +04:00)

ABŞ-nin Los-Anceles ştatında polis əlində plastik çəngəl tutan şəxsi güllələyib.

APA “Le Matin” saytına istinadla xəbər verir ki, hadisə 3 fevralda baş versə dıə, video bu gün yayılıb. Videoda bir nəfərin binanın daxilində çox sayda polisə müqavimət göstərdiyi hiss olunur. Polis zabiti bu davranışa görə atəş açmağa qərar verib. Bundan sonra isə aqressiv davranan sakinin əlində plastik çəngəl olduğu məlum olub.

Faktla bağlı təhqiqat başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR