Qərbd müttəfiqləri Ukraynanı hər hansı xüsusi növ silah və hərbi texnika ilə təmin etmək ideyası üzərində dayanmamalıdır.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.
Onun sözlərinə görə, Vaşinqton Kiyevin istifadə etməli olduğu şeylərə malik olmasına diqqət yetirir.
“İlk növbədə, Rusiyanın hücumuna cavab vermək və qarşıdakı həftələr və aylar ərzində onun hücum hərəkətlərinə hazırlaşmaq lazəmdır. Bunun üçün hazırda nəyə ehtiyacı var? Bu haqda düşünmək lazımdıər”, - deyə Blinken bildirib.
Onun fikrincə, hər hansı bir xüsusi silah sisteminə, qırıcıların verilməsinə diqqət yetirmək səhvdir.
Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, Polşanın MiQ-29 qırıcılarını Ukraynaya təhvil verməsi ABŞ-ın F-16-ların tədarükü ehtimalı ilə bağlı planlarını dəyişmir.