ABŞ: Rusiya ilə danışıqlara Kiyev özü qərar verməlidir

ABŞ: Rusiya ilə danışıqlara Kiyev özü qərar verməlidir
# 22 fevral 2024 22:59 (UTC +04:00)

Moskva ilə sülh danışıqlarına başlamağın zəruriliyi barədə Kiyev özü qərar verməlidir.

APA-nın məlumatına görə, bunu jurnalistlərlə keçirdiyi brifinqdə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

Diplomat qeyd edib ki, Vaşinqton bu məsələdə öz mövqeyini açıq şəkildə ortaya qoyub. Söhbət Amerika rəhbərliyinin onun köməyinə ehtiyacı olduğu müddətdə “Ukraynanın tərəfində olmaq” niyyətindən gedir.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, ruslarla danışıqlarla bağlı istənilən qərar Ukraynanın qəbul etməli olduğu qərardır”, - Tomas-Qrinfild vurğulayıb.

Eyni zamanda, ABŞ nümayəndəsi aydınlaşdırıb ki, danışıqlara başlamazdan əvvəl Rusiya Federasiyası öz qoşunlarını Ukraynadan çıxarmağa ehtiyac duyulur. O, Moskva ilə Kiyev arasında “sülh müqaviləsi”nə çevrilməli olan şeyin məhz bu olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR