Bank Of Baku

ABŞ Rusiya və Belarus firmaları da daxil olmaqla 37 struktura ixrac məhdudiyyətləri tətbiq edib

ABŞ Rusiya və Belarus firmaları da daxil olmaqla 37 struktura ixrac məhdudiyyətləri tətbiq edib
# 03 mart 2023 03:06 (UTC +04:00)


ABŞ Ticarət Departamenti Rusiya və Belarus firmaları, o cümlədən 30-a yaxın Çin firması da daxil olmaqla 37 müəssisəyə ixrac məhdudiyyəti tətbiq etmək qərarına gəlib.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Siyahıya Rusiyada yerləşdiyi deyilən “DMT Electronics” də daxildir.

Belarusun “DMT Trading” məhdud məsuliyyətli cəmiyyəti də məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.

ABŞ Ticarət Nazirliyinin məlumatına görə, bu firmalar Rusiya Silahlı Qüvvələrinin və Rusiya hərbi sənaye kompleksinin inkişafına əhəmiyyətli töhfə verir.

Çin təşkilatlarına gəlincə, Vaşinqton onları Çin Xalq Azadlıq Ordusu ilə əlaqədə olmaqda ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR