Bank Of Baku

ABŞ Rusiyadan Avropa ilə yeni təhlükəsizlik sazişi təklif etməsini gözləyir

ABŞ Rusiyadan Avropa ilə yeni təhlükəsizlik sazişi təklif etməsini gözləyir
# 12 noyabr 2026 01:40 (UTC +04:00)

ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişi üzrə yeni təklif hazırlamağı və gərginliyi azaltmaq üçün atmağa hazır olduğu addımları açıqlamağı istəyib.

APA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff noyabrın 12-də Moskvada Vladimir Putinlə görüşdə bu məsələni müzakirə edəcəklər.

Vaşinqton Ukraynada müharibənin dayandırılması ilə yanaşı, Rusiya ilə Avropa arasında yeni təhlükəsizlik arxitekturasının yaradılmasını da nəzərdə tutur.

ABŞ Moskvanın təhlükəsizlik narahatlıqlarını müzakirə etməyə hazır olsa da, Avropa ölkələrinə qərarlar üzərində veto hüququ verilməsini qəbul etmir.

Mənbələrin sözlərinə görə, ABŞ Avropa ölkələrinin və Ukraynanın razılığı olmadan Rusiya ilə belə bir saziş imzalamaq niyyətində deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR