Bank Of Baku

ABŞ səfiri: Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük addım atılıb

ABŞ səfiri: Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük addım atılıb
# 06 iyun 2024 13:55 (UTC +04:00)

“Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük bir addım atılıb”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk bildirib.

“Bu gün Türkiyənin ən son nəsil F-16 Block 70 döyüş təyyarələrinin alınması və mövcud F-16 donanmasının modernləşdirilməsi istiqamətində mühüm addım atılıb. Bu, ABŞ-nin milli təhlükəsizliyi, Türkiyənin milli təhlükəsizliyi və NATO-nun qarşılıqlı fəaliyyəti üçün yaxşı addımdır”, - deyə səfir vurğulayıb.

Türkiyə Müdafiə Nazirliyindəki mənbələr isə ABŞ-dən F-16 Blok-70 və modernizasiya dəstləri və digər material, sursat və avadanlıqların satınalma prosesinin daha əvvəl elan edilən cədvələ uyğun olaraq davam etdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR