ABŞ Senatının bir qrup demokrat üzvü Çin gəmisinin Yaxın Şərqdə nüvə silahı proqramı üçün komponentlər daşıdığı barədə yanlış məlumat hazırlayan süni intellekt sistemi ilə bağlı araşdırma aparılmasını tələb edib.
Bu barədə CNN senatorların müvafiq məktubuna istinadən məlumat yayıb. Hadisə ilə bağlı yayılan məlumatlara görə, yanlış süni intellekt hesabatı ABŞ-nin Çin gəmisinə qarşı hərbi əməliyyata başlamasına az qala səbəb olub.
Senatorlar Mark Uorner, Cek Rid və Kris Kuns baş verənləri dövlət qurumlarının süni intellekt imkanlarının sürətlə tətbiqinə və “eksperimentlərə” effektiv nəzarətdən daha çox üstünlük verməsi ilə bağlı artan narahatlıqlarına nümunə kimi göstəriblər.
Onlar müvafiq baş müfəttişləri dərhal araşdırmaya başlamağa və nəticələrin daha şəffaf şəkildə ictimaiyyətə təqdim edilməsini təmin etməyə çağırıblar.
Senatorların fikrincə, bu cür səhvlər ABŞ ictimaiyyətinin kəşfiyyat məlumatlarına və hərbi missiyalara etimadına təsir göstərə bilər.