ABŞ suriyalılara 436 milyon dollar humanitar yardım ayıracaq.
APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə dövlət katibi Entoni Blinken deyib.
O bildirib ki, bu vəsait Suriyada ağır şəraitdə yaşayanlara, Suriyanın qonşuluğunda yerləşən və suriyalı qaçqınlara ev sahibliyi edən ölkələrə ayrılacaq.
Dövlət Departamentinin məlumatına görə, bu vəsaitin 99 milyon dolları COVID-19-la mübarizəyə sərf olunacaq.
Bu vəsaitlə Suriyada münaqişə başlayandan bəri ABŞ-ın suriyalılara yardımının həcmi 13,5 milyard dollara çatır.