ABŞ və İsrail Rəfahda planlaşdırılan əməliyyatla bağlı məsləhətləşmələr aparıb

ABŞ və İsrail Rəfahda planlaşdırılan əməliyyatla bağlı məsləhətləşmələr aparıb
# 19 aprel 2024 05:01 (UTC +04:00)

ABŞ ilə İsrail rəsmiləri İranın zərbəsi və yəhudi dövlətinin Qəzza zolağının cənubundakı Fələstinin Rəfah şəhərində planlaşdırdığı quru əməliyyatı ilə bağlı məsləhətləşmələr aparıblar.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

Sənəddə qeyd olunur ki, məsləhətləşmələrdə Amerika tərəfdən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, İsrail tərəfini isə strateji planlaşdırma naziri Ron Dermer və ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Çaxi Xaneqbi təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR