ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio və Vatikanın dövlət katibi, kardinal Pyetro Parolin telefon danışığı zamanı Ukrayna münaqişəsinin nizamlanması istiqamətində səyləri müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqottun yazılı açıqlamasında məlumat verilib.
Onun sözlərinə görə, Rubio və Parolin “Rusiya ilə Ukrayna arasında danışıqlar yolu ilə münaqişəyə son qoyulmasına yönəlmiş səyləri” müzakirə ediblər.