Bank Of Baku

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir
# 21 mart 2024 01:03 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Haitidə artan zorakılıq fonunda amerikalıları çarter helikopterləri ilə ölkədən təxliyə etməyə başlayıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, helikopterlər Port-o-Prensdən Dominikan Respublikasının paytaxtı Santo Dominqoya bir neçə uçuş həyata keçirəcək.

“Biz həmçinin insanların oradan uça bilməsi üçün Kap-Aityendən uçuşların mümkünlüyünü araşdırmağa davam edəcəyik”, - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel qeyd edib.

Onun sözlərinə görə, ümumilikdə 1,6 minə yaxın ABŞ vətəndaşı Haitini tərk etmək istədiyini bildirib.

Martın 9-da Haitinin paytaxtı Port-o-Prensdə yerli silahlı dəstələr prezident sarayına hücum ediblər. Həmçinin, əməllərini əvvəlcədən planlaşdıran cinayətkarlar Daxili İşlər Nazirliyinin və polis idarəsinin binasına basqın ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR