Bank Of Baku

ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir

ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir
# 15 iyul 2026 20:54 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp administrasiyası xarici ölkələrə yardım siyasətində dövlət vəsaitləri əvəzinə özəl investisiyalara və ticarət razılaşmalarına üstünlük verməyi planlaşdırır.

Bu barədə "Fox" News məlumat yayıb.

Məlumata görə, Vaşinqton hesab edir ki, ABŞ-ın xarici yardım siyasətinin əsas hərəkətverici qüvvəsi vergi ödəyicilərinin vəsaiti hesabına ayrılan yardımlar deyil, özəl investisiyalar, ticarət və Amerika biznesi olmalıdır.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, uzun illər ərzində ABŞ və digər ölkələr bu proqramlara milyardlarla dollar xərcləsələr də, bunun müqabilində çox az nəticə əldə ediblər.

Onun sözlərinə görə, BMT və inkişaf agentliklərinin platformalarında qeyri-hökumət təşkilatları, akademik dairələr və hökumətlər təmsil olunsa da, iqtisadi artım və məşğulluq yaradan özəl sektor kifayət qədər iştirak etmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR