ABŞ Yaponiya və Koreya Respublikasına nüvə silahının yayılmaması üzrə yeni məsləhət orqanı yaratmaq təklifi ilə müraciət edib.
APA-nın xəbərinə görə, bu barədə çərşənbə günü “Yomiuri” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Yeni üçtərəfli şuranın daimi əsaslarla fəaliyyət göstərəcəyi güman edilir.