ABŞ Yaxın Şərqdəki tərəfdaşları vasitəsilə İranı gərginliyi azaltmağa çağırıb

ABŞ Yaxın Şərqdəki tərəfdaşları vasitəsilə İranı gərginliyi azaltmağa çağırıb
# 11 aprel 2024 08:36 (UTC +04:00)

Birləşmiş Ştatlar Yaxın Şərqdəki tərəfdaşlarından İsraillə gərginliyi azaltmaq çağırışını İrana çatdırmağı xahiş edib.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İraqın xarici işlər nazirlərindən İrana “təcili olaraq İsraillə gərginliyi azaltmaq çağırışını” çatdırmağı xahiş edib.

Məlumata görə, aprelin 10-da İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb ki, ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İraqın xarici işlər nazirləri ilə telefon danışığı keçirib və onlar regional gərginliyi müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR