Bank Of Baku

ABŞ yeni B-21 Raider bombardmançı təyyarəsini sınaqdan keçirib

ABŞ yeni B-21 Raider bombardmançı təyyarəsini sınaqdan keçirib
# 20 yanvar 2024 08:55 (UTC +04:00)

Amerikalı mütəxəssislər yeni altıncı nəsil strateji bombardmançı “B-21 Raider”in ikinci sınaq uçuşunu həyata keçiriblər.

APA-nın xəbərinə görə, bu barədə yerli “Air & Space Forces Magazine” nəşri ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndəsi Enn Stefanekə istinadən yazır.

Nəşr qeyd edir ki, bu təyyarənin ilk uçuş sınaqları 2023-cü il noyabrın 10-da baş tutub. Eyni zamanda, yeni uçuşlar əvvəlcədən elan edilməyib.

Bununla belə, o, bombardmançının sınaq proqramı, o cümlədən etdiyi uçuşların ümumi sayı barədə təfərrüatları açıqlamayıb. Nəşrin məlumatına görə, bu, ABŞ Hərbi Hava Qüvvələrinin əməliyyat təhlükəsizliyini təmin etmək məqsədilə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR